AZ

"Kəpəz"in hücumçusu: "Karyeram haqda qərar verməmişəm"

Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində "Kəpəz" səfərdə "Səbail"lə heç-heçə etdi - 3:3.

Müqavilə əsasında "Səbail"ə məxsus "Kəpəz"in futbolçusu Amil Yunanov "FutbolPress"ə açıqlamasında oyun haqda fikirlərini bölüşdü:

"Bizim üçün vacib oyun idi. Qarşılaşma gərgin və maraqlı keçdi. İlk hissədə yaxşı çıxış etdik. Hesabda öndə idik. Lakin daha sonra hesabı qoruya bilmədik. Məğlub olmağa yaxın idik. Şükürlər olsun ki, son saniyələrdə bərabərlik qolunu vurduq və səfərdən bir xalla dönməyi bacardıq. Oyunu yaxşı nəzarətdə saxlasaydıq, qalib gələ bilərdik. Lakin hər bir halda pis nəticə qazanmamışıq".

Yunanov "Sabah"la matçın hazırlıqlarına bu gün start verdiklərini bildirdi:

"İki gün idi istirahət edirdik. Bu gündən məşqlərə start verəcəyik. Hazırda Premyer Liqada qalmağı rəsmiləşdirməmişik. Futboldur, burada hər şey ola bilər. Düzdür, "Qəbələ"nin bizi keçəcəyi inandırıcı görünmür, lakin qeyd etdiyim kimi, hər nəticə ilə qarşılaşmaq ehtimalımız var. Qarşıda 6 oyun var. "Sabah" da yaxşı komandadaır. Yaxşı oynamağa çalışacağıq. Minimum bir xal qazanmağa hədəfləyirik. Şanslarımız yarı-yarıyadır".

Hücumçu Premyer Liqada 200-cü matçını keçirib. O, bu barədə də fikirlərini bölüşdü:

"Sevindirici haldır ki, 200 oyun keçirmişəm. Bu say daha çox ola bilərdi. Mənim üçün ən yaddaqalan oyunlar qol vurduğum matçlardır. "Qəbələ", "Sumqayıt" "Kəpəz"lə maraqlı oyunlarım olub. Çalışmışam ki, hər klubda ən yaxşı formada çıxış edim. Bu nə dərəcədə alınıb və ya alınmayıb, məşqçilər qərar verə bilər".

31 yaşlı futbolçunun mövsümün sonunda "Kəpəz"lə icarə müddəti başa çatacaq. gələcək karyerası ilə bağlı yekun qərar vermədiyini qeyd etdi.

"Hələ qarşıda bir neçə tur var. Gələcək karyeram haqda qərar verməmişəm. "Kəpəz"lə də hər hansı rəsmi danışığımız olmayıb. Zamanla yəqin ki, hər şey məlum olar".

Məlik Məlikov
Seçilən
59
Mənbələr
Şərh ()
Bağla