AZ

“20 il əvvəl bu qədər gənc beynəlxalq ali məktəblərə qəbul ola bilmirdi” – Emin Əmrullayev 

"15-20 il əvvəl bu qədər gənc beynəlxalq ali məktəblərə qəbul ola bilmirdi".

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin açılış mərasimində deyib.

O bildirib ki, indi şagirdlər uğurları ilə seçilirlər. 

Nazir gələcəkdə məktəblərdə yaradıcılıq yarışlarının keçiriləcəyini qeyd edib:

"Bu ildən başlayaraq Gənclər və İdman Nazirliyi ilə birlikdə addımlarımızı atırıq. Bir neçə ildən sonra fizika, kimya fənnləri ilə yanaşı təsviri incəsənət, fiziki tərbiyə fənlərindən də yarışlar təşkil ediləcək. Məqsədimiz şagirdlərdəki digər bacarıqları da üzə çıxarmaqdır".

Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media
 

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla