AZ

Süni torpaq sahələrini yaratmaq üçün torpaqları hardan əldə edəcəyik? - Rüfət Quliyev

Süni torpaq sahələrinin yaradılması üçün torpaqları hardan əldə edəcəyik bu hələ məlum deyil. Bunu deputat rüfət Quliyev deyib.


"Məsələn Sinqapurda torpaqları pulla qonşu ölkələrdən alırlar. Torpaq qıraqdan gəlir. Biz onu hardan əldə edəcəyik? Qarşıdan yay ayları gəlir. Biz çimərliklərdən çınqıl və qumun daşındığı hallarını da müşahidə edirik. Bu cür halların qarşısını almaq üçün cəzalar sərtləşdirilməlidir. Hazırkı cəzalarda bu məbləği ödəmək elə də çətin deyil”, - deputat aprelin 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
 
Gülnar Nazimqızı

www.anews.az
Seçilən
35
Mənbələr
Şərh ()
Bağla