AZ

Rusiyada 3 şəhərdə aeroportlar dron hücumuna görə bağlanıb

Nijni Novqorod, Kazan və Nijnekamsk hava limanları təyyarələrin qəbulu və yola salınması üçün bağlanıb.

Azpost.info xəbər verir ki, bu barədə “112” teleqram kanalı Federal Hava Nəqliyyatı Agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər dron hücumu ilə bağlı ola bilər.

Baza-nın məlumatına görə, “Xalça” planı Moskva vilayətində tətbiq edilib. Bu, hava məkanında naməlum obyektlər peyda olduqda baş verir və bütün təyyarələrin dərhal yerə enməsi və ya ərazini tərk etməsi deməkdir.

Kazanda 1,3 milyon insan yaşayır, Nijni Novqorodun əhalisi 1,2 milyon nəfərdir.

Azpost.info

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla