AZ

UEFA “Barselona”nı cəzalandıra bilər

“Barselona” cəzalana bilər. UEFA bu kluba qarşı intizam işi açıb.

Qitə futbol qurumunun qərarına “Barselona”nın azarkeşlərinin Çempionlar Liqasının 1/4 finalının PSJ ilə ilk matçındakı davranışı səbəb olub. Bəzi fanatlar rəqib futbolçuları irqçi ifadələr və nasist jestləri ilə təhqir ediblər. İntizam işi “Barselona” üçün mənfi nəticələnərsə, UEFA Çempionlar Liqasının yarımfinalına çıxacağı halda ispaniyalı azarkeşlərin səfər matçında stadiona girişinə qadağa qoya bilər.

Xatırladaq ki, “Barselona” ilk oyunda PSJ-ni Fransada 3:2 hesabı ilə məğlub edib. Cavab oyunu aprelin 16-da İspaniyada keçiriləcək.

Seçilən
62
50
Mənbələr
Şərh ()
Bağla