AZ

DİM-in süni şəkildə test tapşırıqlarını asanlaşdırması yaxşı hal deyil –

"Son 2 ildə Elm və Təhsil Nazirliyi məktəblərdə göstəricilərin yaxşılaşması üçün addımlar atır. Xüsusən buraxılış imtahanının modelinə uyğun monitorinqlərin keçirilməsini qeyd etmək olar. Amma bütün bunlar birdən-birə bu qədər nəticələrin dəyişməsinə səbəb ola bilməz". Bunu AFN.az-a açıqlamasında bu il buraxılış imtahanında rekord sayda şagirdin 300 bal toplayaraq maksimal nəticə göstərməsinə münasibət bildirərkən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib. O, bildirib ki, Dövlət İmtahan Mərkəzinin süni surətdə sualları asanlaşdırıb-çətinləşdirməsi düzgün deyil: “Bu il 3 və 10 martda keçirilən imtahanların nəticələri həm də qəbul imtahanlarının birinci mərhələsi hesab edilir və bu nəticələr həmçinin kolleclərə qəbul üçün ictifadə olunur. Bu ilki nəticələr artıq onu göstərir ki, rekord sayda şagird – 53 nəfər maksimum bal toplayıb. Biz 2023-cü illə müqayisə etsək, ötən il bir nəfər belə maksimum bal toplamamışdı. Bu isə onu göstərir ki, Dövlət İmtahan Mərkəzi süni şəkildə test tapşırıqlarını asanlaşdıra bilir. Bu, yaxşı hal deyil. İmtahan nəticələri birmənalı şəkildə asanlaşdırılıb-çətinləşdirilməməlidir. Azərbaycan şagirdinin taleyilə oynamaq olmaz!”Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirdi ki, yüksək nəticə göstərən abituriyentlərin çox olması gözlənilən idi: “Çünki bu ilin abituriyentləri ötən illərdəkindən daha hazırlıqlıdırlar. Əvvəlki illərin abituriyentlərinin hazırlıq dövrü istər pandemiya, istər müharibə vaxtına təsadüf etdiyi üçün builkilərə nisbətən zəif idilər. Bu ilki abituriyentlər isə sərbəst oldular. Digər bir səbəb isə odur ki, kurrikulum əsasında imtahanın 2019-cu ildən etibarən keçirilməsinə baxmayaraq, bu ilin abituriyentləri məhz bu imtahan prosesinə adaptasiya ola bildilər. Artıq 6-cı ildir ki, həmin formatda imtahan keçirilir və bu ilin şagirdləri buna daha yaxşı uyğunlaşdılar”.E.Əfəndinin sözlərinə görə, imtahan mövzuları, proqramı DİM tərəfindən əvvəlcədən elan edilmişdi və konkret ümumi və tam orta təhsili əhatə edən proqram idi: “Hər hansı kənaraçıxma yox idi. Ötən illər bu hallar vardı, bəli, amma bu il suallar vahid konkret proqramı əhatə edirdi. Bu da öz nəticəsini göstərmiş oldu. Deməzdim ki, suallar asan idi, yox, belə bir şey yox idi. Bu nəticələr blok imtahanında da olarsa biz prestijli ixtisas qruplarında biz keçid ballarının artımını müşahidə edəcəyik”.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla