AZ

Kemeron: İsrailin İranın hücumuna cavab vermək qərarı verdiyi aydındır

Britaniyanın xarici işlər naziri Devid Kemeron İsrailin İranın hücumuna cavabının yeni eskalasiyaya səbəb olmayacaq şəkildə verilməsinin vacib olduğunu deyib.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, Britaniya XİN rəhbəri bu barədə jurnalistlərə deyib.

"İsraillilərin hərəkətə keçməklə bağlı qərar verdiyi aydındır. Ümid edirik ki, onlar bunu mümkün qədər eskalasiyaya səbəb olmayacaq şəkildə edərlər."

O əlavə edib ki, Britaniya İrana qarşı razılaşdırılmış sanksiyaları dəstəkləyir. "Onlara (İrana- red.) G7 tərəfindən aydın birmənalı mesaj verilməlidir" , - Kemeron vurğulayıb.

Xatırladaq ki, Britaniya XİN rəhbəri Devid Kemeron almaniyalı həmkarı ilə birgə İsraildə səfərdədir.

Seçilən
95
2
Mənbələr
Şərh ()
Bağla