AZ

Teleaparıcı Aytən Səfərova yol qəzasına düşübVİDEO

"Xəzər TV"nin aparıcısı Aytən Səfərova yol qəzasına düşüb. 

Xezerxeber.az xəbər verir ki, hadisə aprelin 17-si səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində baş verib.

İsmayıl Məmmədovun idarə etdiyi “Hunday İX-35” markalı avtomobillə "Xəzər TV"nin aparıcısı Aytən Səfərovanın idarə etdiyi "Hyundai" markalı avtomobil toqquşub. Nəticədə “Hunday İX-35” markalı avtomobil yol kənarında olan "Kia Soul" markalı maşına çırpılıb.

Hadisə zamanı İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Aytən Səfərova da daxil olmaqla, bir neçə nəfər xəsarət alıb. Kliniki Tibbi Mərkəzdə teleaparıcının müayinə və müalicəsi davam etdirilir. 

Seçilən
57
50
Mənbələr
Şərh ()
Bağla