AZ

Paşinyan qondarma "erməni soyqırımı" "qurban"larının SİYAHISINI İSTƏYİR

Bakı. Trend:

Ermənistan hökuməti qondarma "erməni soyqırımı"nın"qurban"larının siyahısını yoxlamağı təklif edib.

Trend xəbərverir ki, bu barədə erməni KİV məlumat yayıb.

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxındaölkənin hakim "Vətəndaş müqaviləsi" partiyasının gənclik qolu iləgörüşdə 1915-ci il hadisələrindən danışarkən "soyqırımı" sözündənbir dəfə də istifadə etməyib, bunun əvəzinə "böyük faciə" və"qırğın" sözlərini işlədib.

Qeyd edək ki, Paşinyanın bu çıxışı Ermənistan ictimaiyyətində vəKİV-də böyük qalmaqala səbəb olub.

Bundan sonra Paşinyanın siyasi tərəfdaşı, deputat AndranikKoçaryan qondarma "erməni soyqırımı"nın "qurban"larının tamsiyahısını hazırlamağı təklif edib.

Onun sözlərinə görə, Paşinyanın məqsədi qondarma "soyqırımı" iləbağlı real əsasları formalaşdırmaq və "soyqırımı qurbanları"nınsiyahısını daha obyektiv etməkdir.

"Bəlkə, onların sayı 1,5 milyondan çox və ya azdır", - deyəKoçaryan əlavə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
82
3
Mənbələr
Şərh ()
Bağla