AZ

Vitinyadan qələbə şərhi

PSJ UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində "Barselona"nı məğlub edərək 1/2 finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, Paris təmsilçisinin futbolçusu Vitinya qələbə sevincini jurnalistlərlə bölüşüb:

"Bu inanılmaz hissdir, sözlə təsvir etmək çətindir. Çox istəyirdim ki, yarımfinala yüksəlim, bütün həftə bu haqda xəyal edirdim. İndi biz çox xoşbəxtik. Azarkeşlərimiz bizə inanırdılar".

"Barselona" ilk oyunda rəqibini 3:2 hesabı ilə məğlub etmişdi. Cavab qarşılaşmasında isə PSJ 4:1 qalib gələrək növbəti mərhəlyə yüksəlib.


Seçilən
68
Mənbələr
Şərh ()
Bağla