”Lids” sabiq oyunçusu Kalvin Filipsi yenidən heyətinə qatmaq istəyir.
İdmanxeber.az məlumat verir ki, hazırda Çempionşipdə mübarizə aparan komanda Premyer Liqaya yüksələ bilərsə, ingiltərə yarımmüdafiəçini transfer etməyə çalışacaq.
Filips daha öncə 2014-22-ci illər arasında “Lids”də çıxış edir.
Xatırladaq ki, müqaviləylə “Mançester Siti”yə məxsus olan 28 yaşlı yarımmüdafiəçi hazırda icarə əsasında “Vest Hem”də çıxış edir.