AZ

Müller gələn il hansı qərarı verəcək?

Tomas Müller futbolçu karyerasını başa vurmağa yaxındı.

Bu barədə “Kicker” məlumat yayıb.

Almaniyanın idman nəşri 34 yaşlı futbolçunun “Bavariya” ilə müqaviləsinin müddəti başa çatan kimi - 2025-ci ilin yayında butslarını mismardan asmaq ehtimalının yüksək olduğunu yazıb. Digər məlumata görə, “Bavariya” rəhbərliyi Müllerə uyğun mövqe təklif edərək onu klubda saxlamaq istəyir. Almaniyalı oyunçunun klubun yeniyetmələrdən ibarət komandasına məşqçi təyin oluna biləcəyi ehtimalı daha çoxdu.

Tomas “Bavariya”da 2009-cu ildən oynayır. Yeri gəlmişkən, “transfermarkt” portalı onun transfer dəyərini 10 milyon avro qiymətləndirir.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla