AZ

Azərbaycanda ilk dəfə Yeni Klinika HIMSS beynəlxalq akkreditasiya sertifikatını əldə edib (FOTO)

Bakı. Trend:

Ölkəmizdə və hətta regionda ilk dəfə olaraq tibb müəssisələriarasında TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni KlinikaAmerika Birləşmiş Ştatlarının Səhiyyə İnformasiya və İdarəetməSistemləri Cəmiyyətinin (HIMSS) xəstəxana məlumatlarınınidarəedilməsi sistemi üzrə beynəlxalq dərəcəli nüfuzluakkreditasiya sertifikatını əldə edib. Sertifikat HIMSS-in önəmliqiymətləndirmə modulu hesab olunan Elektron Tibbi QeydiyyatınAdaptasiyası Modulu (EMRAM) VI səviyyə üzrə təqdim olunub. Qeydedək ki, sözügedən modul stasionar xidmət göstərən səhiyyəmüəssisələrində istifadə olunur.

Trend xəbər verir ki, Sertifikat informasiya texnologiyaları vəidarəetmə sistemlərindən ən yaxşı şəkildə istifadə etməklə səhiyyəxidmətinin keyfiyyətli, təhlükəsiz, səmərəli formada daimtəkmilləşdirilməsinə görə təqdim olunur.

EMRAM modulu üzrə VI səviyyə akkreditasiya sertifikatının əldəedilməsi layihəsi çərçivəsində Türkiyə və Portuqaliya kimiölkələrin təcrübələri yaxından öyrənilib.

Qeyd edək ki, Rusiya və Şərqi Avropada HIMSS attestasiyasındankeçən cəmi iki klinika mövcuddur.

Sertifikatın əldə olunması ilə bağlı təşkil edilən tədbirdəTƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrəDövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, YeniKlinikanın direktoru Barat Yusubov, Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin İdarə Heyətininsədri Elxan Əzizov, millət vəkilləri və media nümayəndələri iştirakediblər.

EMRAM modulu üzrə VI səviyyə akkreditasiya sertifikatının əldəedilməsinin önəmi ilə bağlı çıxışlara yer verilib. Daha sonra YeniKlinikanın beynəlxalq standartlara cavab verən infrastrukturunadair videoçarx nümayiş olunub.

Tədbir media nümayəndələrinin sual-cavab sessiyası ilə başaçatıb.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Xəstəxana İdarəetməSistemləri Cəmiyyəti - HIMSS 1961-ci ildə təsis edilib. Təşkilatınfəaliyyət istiqamətlərindən biri də Cəmiyyətə məxsus 7 mərhələliyetkinlik modulları üzrə standartları tətbiq etmiş tibbmüəssisələrinə beynəlxalq sertifikatların təqdim edilməsidir.

Bu beynəlxalq sertifikatlar informasiya texnologiyaları vəidarəetmə sistemlərindən effektiv istifadə etməklə səhiyyəxidmətinin keyfiyyətli, təhlükəsiz və səmərəli formada daimtəkmilləşdirilməsinə görə təqdim olunur.

Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Məqalədə:
Seçilən
32
3
Mənbələr
Şərh ()
Bağla