AZ

Millimizin rəqibi rəqib seçdi

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibi Slovakiyanın yoldaşlıq görüşləri üçün rəqibləri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, adıçəkilən komanda AVRO-2024 öncəsi iyunda iki qarşılaşma keçirəcək. Françesko Kaltsonanın yetirmələri əvvəlcə iyunun 5-də Avstriyada San Marinonu sınağa çəkəcək. Slovakiyalılar bundan dörd gün sonra isə doğma Trnavada Uelsi qəbul edəcək.

Qeyd edək ki, Slovakiya Millətlər Liqası çərçivəsində Azərbaycan millisi ilə sentyabrın 8-də evdə, oktyabrın 14-də isə səfərdə qarşılaşacaq.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla