AZ

"Aytən Səfərova həyatını işinə qurban verən insanlardandır" - VİDEO

"Aytən Səfərova işə gedərkən qəzaya düşüb". 

BAKU.WS xəbər verir ki, bu sözləri "Rəngarəng səhər" proqramının aparıcısı Aysel Novruza deyib. Həmkarı Aytən Səfərovanın işini çox sevdiyini və həyatını işinə qurban verən insalardan biri olduğunu qeyd edib:

"Aytən Səfərova avtoqəza keçirib. Aytən xanım işini çox sevirdi. O həyatını işinə qurban verən insanlardandır. Allah ona kömək olsun. Biz də bir kanalda əməkdaşlıq etmişik. Bu hadisə də işə gedərkən baş verib".

Xatırladaq ki, bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib. 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub. Nəticədə onun idarə etdiyi avtomobil aşıb. Aparıcının qabırğalarının sındığı bildirilib.

Ətraflı videoda:

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla