AZ

Məşhur cütlük yeni doğulan körpələrini aclıqdan öldürdü

Rusiyada yaşayan 43 yaşlı Maksim Lyutyi 1 aylıq körpəsinə lazımi qidalar əvəzinə günəş işığı verərək ölümünə səbəb olub.

Publika.az xəbər verir ki, həyat tərzi ilə bağlı bloq yazıları ilə məşhurlaşan Lyutyi körpəsinin ölümünə səbəb olduğunu etiraf edib.

O, məhkəmədə oğlu Kosmosun Supermen kimi olmasını istədiyini deyib. Körpənin sətəlcəm və həddindən artıq zəiflikdən dünyasını dəyişdiyi bildirilib.

Körpənin anası Oksana Mironova deyib: “Maksim icazə vermədiyi üçün xəstəxanaya gedə bilmədim və evdə doğuş etdim. O, günəşin körpəni qidalandırdığına inanırdı. Mən gizli şəkildə uşağı əmizdirməyə çalışırdım, amma Maksimdən çox qorxurdum. Ona ana südü verə bilmədim”.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla