AZ

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları keçirilib

Bakı, 17 aprel, AZƏRTAC

Prezident, Ali Baş Komandanı İlham Əliyevin 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyaları keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, hərbi qulluqçuların iştirakı etdiyi aksiyalarda təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqları artırmaq, ekoloji tarazlığın bərpasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə yeni yaşıllıqlar salınıb, hərbi hissələrin ərazilərində 15800 müxtəlif növ ağac və gül kolları əkilib, abadlıq işləri aparılıb.

 

Seçilən
47
50
Mənbələr
Şərh ()
Bağla