AZ

Ailə məhkəmələrinin yaradılması çox vacibdir – Sədr müavini

Bakı. Trend:

Bu gün psixoloji xidmət istədiyimiz səviyyədə deyil. Psixolojixidmətin gücləndirilməsinə böyük ehtiyac var. Azərbaycanda ailəpsixoloqu məsələsinin instutisional səviyyədə həll olunmasınınartıq vaxtı çatıb.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləriüzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Milli MəclisinAilə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar,energetika və ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqiaspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda dinləmədədeyib.

O bildirib ki, bu gün ailə məsələlərindən danışanda, ənnarahatedici məsələ boşanmaların artmasıdır.

"Son bir neçə ildə əmsalla qeyd etsək 1,6-dan 2-yə çatıbsa, bubizi narahat edir. Ailədaxili münasibətlərdə psixoloji məqamlarınrolu çox böyükdür. Ona görə də bu məsələyə daha diqqətləyanaşmalıyıq. Ailə psixoloqu institutunun yaradılması ilə yanaşı,ailə məhkəmələrinin yaradılması çox vacibdir.

Ailə məhkəmələrinin təcrübəsini öyrənəndə orada psixoloqların,sosial işçilərin, hüquqşünasların birgə ailələrə dəstək göstərməsi,ailə çəkişmələrinin təsirlərinin azaldılması, eyni zamanda,ailələrin bərpasına böyük dəstəyi olacaq", - deyə o əlavə edib.

Seçilən
65
11
Mənbələr
Şərh ()
Bağla