AZ

"Hədəfimiz finala çıxmaqdır" - "Borussiya"lı

Dortmund "Borussiya"sının futbolçusu Yulian Brantd Çempionlar Liqasının 1/4 finalının cavab oyununda "Atletiko"ya qalib gəldikləri matçı şərh edib.

Futbolpress.az xəbər verir ki, 4:2 hesabıyla başa çatan oyunda bir qol vuran vinger bunları deyib:

"İnanılmaz oyun idi. Azarkeşlər maraqlı futbol izlədilər. Oyunun ən yaxşı oyunçusu seçildiyim üçün şadam. İndi bizi PSJ ilə ciddi matç gözləyir. Qrup mərhələsində onlarla səfərdə yaxşı oynamadıq, amma evimizdə pis deyildik. Hədəfimiz finala çıxmaqdır".

"Borussiya" yarımfinalda Fransanın PSJ klubu ilə qarşılaşacaq.
Seçilən
84
Mənbələr
Şərh ()
Bağla