AZ

Rəisi: İranın cavabı daha sərt olacaq

İslam İnqilabı Keşikçiləri Korpusu İran hakimiyyətinə güclü dəstək verir və region ölkələri İran silahlı qüvvələrinə arxalana bilər.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bu gün Tehranda Milli Ordu Gününə həsr olunmuş mərasimdə deyib.

İsrailə qarşı cavab hərbi hücumdan danışan Rəisi əvvəlcə bunu “anti-sionist hərəkət” adlandırıb və sonra vurğulayıb: “Bu, məhz sionistləri cəzalandırmaq üçün hazırlanmış bir hərəkətdir”.

O, hücumu məhdud əməliyyat adlandırıb: “Tehran İsrailə qarşı genişmiqyaslı əməliyyat keçirmək istəsə, bu rejimdən heç nə qalmayacaq. Əgər sionistlər bizim maraqlarımıza qarşı hər hansı addım atsalar, İranın cavabı daha sərt olacaq. Bu gün silahlı qüvvələrimizin təmkin və nüfuzu sayəsində artıq İrana qarşı hərbi variantdan söhbət gedə bilməz”.


Telegram kanalımız
Seçilən
44
Mənbələr
Şərh ()
Bağla