AZ

Mərkəzi Bank açıqladı: İnflyasiyanın pik həddi bu qədər olacaq

Bu il Türkiyədə pik inflyasiya 73-75% olacaq.

Publika.az xəbər verir ki, bu barədə “Ekonomim” qəzeti ölkənin Mərkəzi Bankının rəhbəri Fatih Karahana istinadən məlumat yayıb.

"İnflyasiyanın 73-75%, bu ilin sonunda 36%, gələn il 14% və 2025-ci ildə 9% səviyyəsində olacağını bildirən Karahan, hökumətin 5% olan rəsmi hədəfə çatmaq istədiyini vurğulayıb.

Onun sözlərinə görə, Mərkəzi Bank tələbi diqqətlə izləyir. Yüksək faiz dərəcələri müəyyən "normallaşma" təmin edib.

"İnflyasiya gözləntilərinə nəzarət etmək çətindir, lakin lazım olan hər şey ediləcək", - Karahan deyib.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla