AZ

Ölkə lideri Avropanı dolaşır - “Bölgənin müstəqilliyini tanımalıyıq”

İspaniya Baş naziri Pedro Sançes Fələstin dövlətinin tanınması üçün Avropa turnesi çərçivəsində Sloveniyada olub.

Teleqraf.com xəbər verir ki, səfəri zamanı Sançes müstəqil Fələstin dövlətinin tezliklə tanınmalı olduğunu deyib.

“İspaniya Fələstinin BMT-nin tamhüquqlu üzvü olmasına çalışacaq”, - baş nazir vurğulayıb.

Bundan əvvəl Sançesin Avropa Birliyi (AB) turnesinə çıxacağı, Fələstin dövlətinin tanınması üçün Norveç, İrlandiya, Portuqaliya, Sloveniya və Belçikanın baş nazirləri ilə görüşəcəyi açıqlanmışdı.

İspaniya, İrlandiya, Malta və Sloveniya ötən ayın sonunda birgə bəyanat yayaraq, şərtlərin münasib olacağı təqdirdə Fələstini tanımağa hazır olduqlarını bildirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla