AZ

“Bu Fransa-Azərbaycan münasibətlətini kəsilməsi deməkdir”-POLİTOLOQ

Emmanuel Makron Fransa prezidenti seçildiyi gündən öz sələflərinin siyasi xətti üzrə hərəkət etməyərək ermənipərəst mövqedə çıxış etdi və itməkdə də davam edir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını istəməyən Makron Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Ann Buayonu məsləhətləşmək üçün geri çağırıb. İki ölkə arasındakı münasibətlərin hazırkı səviyyədə olduğu bir vaxtda bu çağırılmanın məqsədi nədir?

Mövzu ilə bağlı suallarımızı cavablayan politoloq Turan Rzayev bildirdi ki, Fransa Azərbaycandakı səfirini məsləhətləşmə üçün geri çağırması mövcud vəziyyətlə əlaqəlidir və burada vacib olan iki  nüansı qeyd etmək lazımdır:

“Birincisi, Azərbaycan və Ermənistan arasında gərginlik mövcuddur. Fransa rəsmi Bakının hansı addım atacağını, mövqeyini, Ermənistanla sülh gündəliyi məsələləri  bilmək istəyir. Səfirin geri çağırılmasının bir səbəbi də elə bununla bağlı detallı məlumat almaqdır”.

Palitoloq qeyd etdi ki, digər səbəbə gəldik də, bu şübhəsiz ki, Fransa-Azərbaycan gərginliyi ilə bağlıdır.

“İki ölkə arasında olan diplomatik  gərginlik münasibətləri günü-gündən artır. Bu da, şübhəsiz ki, Fransanın Azərbaycanda olan iqtisadi və  kommersiya maraqlarını təhdid altında qoyur. Burada söhbət əsasən Fransanın Total şirkətlərin Azərbaycandakı səhm və paylarından gedir. Siyasi, diplomatik münasibətlərin gərginləşməsi, iqtisadi əməkdaşlığı da təhdid altına qoyur. Fransa da bu prosesi görür və bununla da öz səfiri ilə məsləhətləşmə aparır”.

Turan Rzayev hesab edir ki,  bu geri çağırılma yalnız məsləhətləşmək üçündür.

“Bunu mən səfirin geri çağırılması kimi qiymətləndirməzdim. Radikal addımların atılması inandırıcı deyil. Hazırkı prezident Emmanuel Makron özündən əvvəl 5 prezidentin  apardığı balans siyasətinə tam zidd olaraq, Ermənistanı açıq-aşkar müdafiə edir və  erməniyönümlü çıxış edir. İnanmıram ki, Makron münasibətləri son həddə gətirsin. Səfirin geri çağırılması çox ciddi məslədir. Bu Fransa-Azərbaycan münasibətlətini kəsilməsi deməkdir. Parisin Cənubi Qafqazda mövqelərini, iqtisadi münasibətlərinə təsir edəcək radikal addım atacağını düşünmürəm”.

Emin ŞİRVANZADƏ



Seçilən
31
50
Mənbələr
Şərh ()
Bağla