AZ

Rəssam: Fikirlərimi sənətsevərlərə əsərlərimlə çatdırmaq istəyirəm

Rəssam:

Bakı, 17 aprel, AZƏRTAC

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində gənc rəssam Aydan Nəbizadənin ilk fərdi sərgisi açılıb. Sərgidə rəssamın “Snowy Baku", “ The power of love", "Dream" , "Mother Nature", "Equality" kimi rəsm əsərləri ilə yanaşı, ümumilikdə 20-dən çox əsəri nümayiş olunub.

AZƏRTAC-ın əməkdaşı bu sənətdə ilk addımlarını atan rəssamla həmsöhbət olub. Söhbət zamanı Aydan Nəbizadə deyib: “Fikrimcə, rəssam heç bir dil bilməsə belə, əsərləri onun əvəzinə hər bir dildə danışmağa qadirdir, çünki incəsənət dili beynəlxalq dildir. O dilin vasitəçiliyi ilə hər bir rəssam fikirlərini tamaşaçıya çatdırmaq istəyir. Mən də rəsmlərimdə, əsasən, rəng, duyğu və formaları əks etdirməyə çalışıram. Həmçinin rəsmlərində öz ruhumu, daxili ailəmimi tamaşaçıya çatdırmağı birinci vəzifəm hesab edirəm".

Rəssamın sözlərinə görə, ilk fərdi sərgisinin açılmasında əsas məqsədi əsərlərini sənətsevərlər təqdim etməklə yanaşı, rəsmlərində əks etdirməyə çalışdığı hissləri onlara ötürməkdir: “Uzun illərdir ki, bu sənətin vurğunuyam. Bu, mənim daxili aləmimdə sevgi və sakitlik yaradır”.

Aydan Nəbizadənin qazandığı uğurlarda müəllimi Rəşad Mehdiyevin də böyük rolu var. Tələbəsini istedadlı bir rəssam kimi xarakterizə edən

R. Mehdiyev tam əminliklə bildirib ki, Aydan əsərləri ilə Azərbaycan incəsənətinə böyük töhfələr verəcək və öz yaradıcılığı ilə ölkəmizi dünyada layiqincə təmsil edəcək.

Qeyd edək ki, Aydan Nəbizadənin rəsm əsərlərindən ibarət sərginin təşkilatçısı və kuratoru məşhur rəssam Vasif Nəcəfzadədir. Bu sərgi üçün rəng strukturu, ekspozisiya və əsas konsepsiya onun tərəfindən təşkil edilib.

 

 

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla