AZ

"Qurğuşun yüksək olanda onkoloji və beyin inkişafı problemləri yarana bilir" - Nazir müavini

"Səhiyyə Nazirliyi UNİCEF-in dəstəyi ilə bütün istiqamətlərdə uşaqların sağlamlığı ilə bağlı keçən ilin təhlilini aparıb. Azərbaycan Tibb Universitetinin kafedraları, elmi tədqiqat mərkəzləri ilə birlikdə ətraf mühitin uşaqların sağlamlığına təsirini araşdırma proqramları üzərində iş gedir. Çünki bu günə qədər belə proqram olmayıb".

"Unikal" xəbr verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə səhiyyə nazirinin müavini İlqar Qasımov deyib. O bildirib ki, boya tərkibində olan qurğuşun da nəzarətdə olmalıdr:

"Çünki bir neçə ölkədə uşaqlardan qan analizi götürülərək qurğuşun səviyyəsini öyrəniblər. Qurğuşun yüksək olanda onkoloji və beyin inkişafı problemləri yarana bilir və bu, çox ciddi məsələdir. Tövsiyələrimiz odur ki, aidiyyəti qurumlarla birlikdə ölkədə uşaq və yeniyetmələr arasında artma dinamikası qeyd edilən xəstəliklərin ətraf mühit amilləri ilə əlaqəsini araşdırılmalır. Həmçinin qapalı məkanlarda, uşaq bağçaları və məktəblərdə havanın çirklənmə göstəricilərinə nəzarət gücləndirilməlidir. Yəni, ola bilsin həmin müəssisələrə detektorlar qoyulmalıdır. Eləcə də ölkəmizdə boya qurğuşun miqdarını tənzimləyən qanunvericilik sənədi qəbul edilməli, sirkə essensiyasının sərbəst satışı qadağan edilməli, pestisitlər kəskin və xroniki zəhərlənmələrin qarşısının alınması məqsədilə təhlükəli kimyəvi maddələrin və dərman vasitələrinin uşaqlara əlçatanlığın qarşısını almaq, habelə onların təhlükəsiz utilizasiyanı hazırlamaq lazımdır".

Anar Kəlbiyev

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla