AZ

Paşinyan “Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi” binanı  partlatdı...-FOTO

Xəbər verildiyi kimi, Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası partladılıb. Bu barədə Ermənistan mediası vide-görüntü yayıb. Qeyd edilib ki, bina uzun zamandır qəzalı və yararsız vəziyyətdə olub.
 
Sonradan məlum olub ki, həmin bina 1988-1991-ci illərdən erməni millətçilərinin Kremlin fətvasıyla “Qarabağın azad edilməsi ilə bağlı qərarların qəbul edildiyi” bir məkan olub.
 
“Ermənistanı erməni xalqının ən böyük düşməni idarə edir. Nikol Paşinyan İrəvanda artsaxın azad edilməsi və onun müdafiəsi ilə bağlı qərarların qəbul edildiyi binanı partladıb”.
 
Moderator.az  xəbər verir ki, “Hraparak”ın yaydığı məlumata görə, Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri, ekspert Edqar Qazaryan bunu öz “Facebook” səhifəsində yazıb.
 
Erməni ekspert Xankəndində İlham Əliyevin qondarma “artsax azadlıq müharibəsi və qəhrəmanlıq şücaəti”ni simvolizə edən “artsax azadlıq müharibəsi veteranları ittifaqı”nın binasını sökülməsini də xatırladaraq qeyd edib ki, Qarabağda olduğu kimi, Ermənistandakı bütün monastır və məbədlərin də söküləcəyini vurğulayıb.
 
S.Laçın
 
Seçilən
63
2
Mənbələr
Şərh ()
Bağla