AZ

Azərbaycanda 18 yaşadək insanlar ən çox bu ərazilərdə xəstələnir

Bakı. Trend:
18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə göstəriciləriAbşeron-Xızı və Bakıda qeyd olunur.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini İlqarQasımov Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri, Səhiyyə vəTəbii ehtiyatlar, energetika və ekologiya komitələrinin “ Sağlamailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində”mövzusunda dinləmədə deyib.

O qeyd edib ki, Azərbaycanda 10 milyondan çox olan əhalinin 0-17yaşlı uşaq və yeniyetmələrin sayı 2 milyon 633 054 nəfərdir.

“Son 5 ildə aparılan təhlilinə əsasən, 0-13 yaşlı uşaqlarınümumi xəstələnmə göstəriləri azalsa da, tənəffüs və həzmsistemləri, onkoloji, psixoloji və davranış pozğunluğu, gözxəstəlikləri, qan dövranı xəstəlikləri üzrə xəstələnmə hallarınarastgəlmə tezliyi artıb. Həmçinin 14-17 yaşlı yeniyetmələr arasındaümumi xəstələnmə göstəriciləri və bütün sistemlər üzrəxəstələnmələrin rastgəlmə tezliyi də son 5 ildə artıb.

14-17 yaş daha sağlam dövr hesab edilsə də, son zamanlarmütəxəssislər yeniyetməlik dövrünün gələcəkdə gənclərin sağlamlığıüçün son dərəcədə vacib olduğunu bildiriblər. Ona görə də bu dövrdəsağlamlıq məsələsinə xüsusi diqqət edilməsini tövsiyə edirlər. Məhzbu yaşda insanın sonrakı həyatında sağlamlığına təsir göstərəcəkbir çox xroniki xəstəlik və pis vərdişlər yaranır”, - deyə o qeydedib.

Seçilən
77
6
Mənbələr
Şərh ()
Bağla