AZ

Oğrulardan bezən mağaza sahibi: "Qapımız açıq gözləyirik, amma nə qədər lazımdırsa, götürsünlər"

Oğrulardan bezən mağaza sahibi: "Qapımız açıq gözləyirik, amma nə qədər lazımdırsa, götürsünlər"

Türkiyədə oğruluq hallarının çox olduğu küçədə sirniyyat düknanı olan şəxs maraqlı addıma əl atıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, daha əvvəl də qarət edilmiş şirniyyat dükanının sahibi oğruların mağazaya ziyan vurmasın deyə seyfdə cib pulu qoymağa başlayıb.

5 gün əvvəl 3 oğru müştəri kimi mağazaya girərək 400 min lirəlik məhsulla oğurlayaraq yoxa çıxıblar. Daha sonra oğrular küçədən 200 metr aralıda yerləşən şirniyyat dükanına girmək qərarına gəliblər. Ətrafı gözdən keçirən oğrular iş yerinin qapısını rahatlıqla açıb içəri daxil olublar. Oğrular bütün pulları götürərək mağazanı tərk ediblər.

İş yeri sahibinin xəbəri üzərinə hadisə yerinə gələn polis oğruları tutmaq üçün əməliyyata başlayıb. İş yeri yenidən qarət edilən, külli miqdarda ziyan edən şirniyyat dükanının sahibi oğrulara çağırış edib.

"Qapımız açıq gözləyirik, amma nə qədər lazımdırsa, götürüb gedə bilərlər".

Seçilən
104
Mənbələr
Şərh ()
Bağla