AZ

Azərbaycanın magistral qaz kəmərlərindən əldə etdiyi gəlirləri 8%-dən çox artıb

Ötən il Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 2 516 082,5 min manat təşkil edib, bu da illik müqayisədə 8,1% artım deməkdir.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2022-ci ildə sözügedən göstərici 2 328 243,1 min manat səviyyəsində olub.

Qeyd edək ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 283,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,1% artım müşahidə olunub. Qaz nəqlinin əksər hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,8%-lik artım).

Seçilən
82
2
Mənbələr
Şərh ()
Bağla