AZ

Azərbaycan Fransa münasibətlərinin köklü şəkildə yaxşılığa doğru dəyişməsi bir qədər çətin görünür – Politoloq

Fransanın son aylarda Azərbaycanla münasibətlərdə atdığı addımlar iki ölkə arasında məlum gərginliklər yaradıb. Bu gün öz səfirini məsləhətləşmələr üçün geri çağırması artıq münasibətlərin pik həddi olduğunu göstərir. Politoloq Tural İsmayılov yaranmış vəziyyəti Herbiand.az-a şərh edərək qeyd edib ki, Fransa konkret olaraq Azərbaycan əleyhinə birmənalı şəkildə beynəlxalq hüququn bütün normalarının üzərindən xətt çəkən bir ölkədir:

“ Əvvəlcə Fransa senatında Azərbaycan əleyhinə qətnamələr qəbul edildi. Ardınca Fransa tərəfindən həm Avropa Parlamenti, həm də Qərbin bir sıra institutlarında Azərbaycan əleyhinə bir anda qərəzli siyasi addımlar atıldı. Ümumiyyətlə Fransanın heç vaxt ədalət və bərabərlik meyarlarına əsas tuta bilməməsi və nəticədə Azərbaycana qarşı tamamilə ermənipərəst bir mövqe tutması, bu gün də Fransanın Ermənistanı silahlandırması və bölgə ilə bağlı boğazdan yuxarı qəbuledilməz bəyanatlar verməsi Azərbaycan Fransa münasibətlərində Fransanın ucbatından yaranmış dərin çatları özündə ehtiva edir”.

Politoloq hesab edir ki, Fransa əgər öz səfirini geri çağırırsa, Azərbaycan da belə bir addımı ata bilər:

“Azərbaycan Fransa münasibətlərinin gələcəyi baxımından ortada çox ciddi olan yaralar var. Və bunların düzəlməsi çətin görünür. Hər halda Fransa Azərbaycanla münasibətləri özü gərginləşdirib. Farnsa həmişə Türkiyə və Azərbaycana qarşı, özəlliklə Makronun hakimiyyəti dövründə qəbuledilməz siyasi xətt tutub. Və bu da nəticədə ölkələrarası münasibətlərə onsuz da sağalmaz və böyük bir zərbə vurub. Hər halda bundan sonra Azərbaycan Fransa münasibətlərinin köklü şəkildə yaxşılığa doğru dəyişməsi bir qədər çətin görünür”.

Elnurə İSAXAN

 

Seçilən
74
50
Mənbələr
Şərh ()
Bağla