AZ

Sülhməramlılar Qarabağdan tam şəkildə nə vaxt çıxacaq? – Son tarix

Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ iqtisadi rayonundan çıxarılması mərhələli şəkildə həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın News.am saytı diplomatik mənbələrə istinadla məlumat əldə etdiyini yazır.

“Qoşunların çıxarılması eşelonla, Dağıstan vasitəsilə həyata keçirilir”, - diplomatik mənbə portala deyib.

Mənbə qeyd edir ki, son geri çəkilmə tarixi hələ açıqlanmayıb. Azərbaycan KİV-nin məlumatına görə, sülhməramlılar artıq Kəlbəcərdəki Xudavəng monastır kompleksini də tərk ediblər.

Dünəndən etibarən mediada sülhməramlıların Azərbaycan ərazisini tərk etməsinin görüntüləri yayılmağa başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
35
Mənbələr
Şərh ()
Bağla