AZ

Bakı Baş Səhiyyə Mərkəzi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasına başlayıb 

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində də ağacəkmə aksiyasına start verilib.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, bütün tabeli tibb müəssisələrinin qoşulduğu bu aksiyanın əsas məqsədi insanların diqqətini təbiətin qorunmasına, onun daha da yaxşılaşmasına cəlb etmək, ətraf mühitin mühafizəsinə, yaşıllıq zolaqlarının genişləndirilməsinə töhfə vermək və ekoloji mədəniyyəti təbliğ etməkdir.
 
Belə ki, tibb müəssisələrinin şəxsi heyətinin iştirakı ilə keçirilən ağacəkmə aksiyasında tibb müəssisələrinin yerləşdiyi ərazilərdə iqlim şəraitinə uyğun dekorativ və meyvə ağacları, gül kolları əkilib, yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, ağaclar suvarılıb və gələcək mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb. Eyni zamanda, quru ağaclar budanaraq, ümumi sanitar-təmizlik işləri görülüb.
 
Ağacəkmə aksiyası yaz fəsli boyunca davam etdiriləcək.
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla