AZ

"Bank of Baku"nun istehlak kreditlərinin həcmi 20% artıb

2024-cü ilin ilk rübündə "Bank of Baku"nun kredit portfeli 669 milyon 360 min manat təşkil edib.

FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.

Bundan istehlak kreditlərinin payına 487 milyon 565 min manat, biznes kreditlərinin payına 142 milyon 882 min manat, daşınmaz əmlak kreditlərinin payına 38 milyon 897 min manat, digər kreditlərin payına isə 16 min manat düşüb.

2023-ci ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 10 milyon 316 min manat (2%), istehlak kredit portfeli 11 milyon 510 min manat (19,6%), ipoteka kreditlərinin həcmi 4 milyon  manat (11%), digər kreditlərin həcmi isə 12 min manat (3 dəfə) artıb.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla