AZ

Krımda aerodrom yanır

Aprelin 17-nə keçən gecə işğal olunmuş Krımda Cankoy hərbi aerodromunun ərazisində bir neçə partlayış baş verib.

Editor.az bildirir ki, bu barədə “Astra” və digər “Telegram” kanalları məlumat yayıb.

Yerli sakinlərin sözlərinə görə, partlayışlar hava hücumu xəbərdarlığı elan edilməmişdən əvvəl baş verib. Yayılan videodakı parıltı və böyük yanğının aerodromda baş verdiyi güman edilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla