AZ

Süd Yolunda ikinci ən böyük qara dəlik kəşf edilib

Süd

Bakı, 17 aprel, AZƏRTAC

Astronomlar Süd Yolu qalaktikasında Günəşdən 33 dəfə böyük olan ikinci ən geniş qara dəlik kəşf ediblər.

AZƏRTAC “The Guardian” nəşrinə istinadla xəbər verir ki, Astronomlar Süd Yolunun ən böyük ulduz qara dəliyini kəşf ediblər. O, Günəşin kütləsindən 33 dəfə böyükdür.

Alimlər Aquila bürcündə cazibə qüvvəsi altında yırğalanan ulduzu təsadüfən görəndən sonra BH3 aşkar edilib. Onlar Yerdən cəmi 2000 işıq ili aralıda partlayan ulduzun ardınca əmələ gələn nəhəng qara dəlik aşkar ediblər.

BH3 Süd Yolunda indiyədək tapılan ən böyük ulduz qara dəliyidir və Aquila, Qartal bürcündə göy cisminin orbitində fırlanan yanaşı ulduza etdiyi güclü yedəkləmə vasitəsi ilə özünü tədqiqatçılara göstərib. Bu təsadüfi kəşf o qədər vacibdir ki, alimlər digər astronomlara mümkün qədər tez əlavə müşahidələr apara bilmək üçün obyektin təfərrüatlarını planlaşdırdığından daha tez yayımlayıblar.

Paris “Observatoire de Gaia” əməkdaşlığının üzvü və astronom Paskal Panuzzo bildirib ki, yeni kəşf tam sürprizdir. Onun sözlərinə görə, bu, qalaktikamızda ən böyük və indiyədək kəşf edilən ikinci ən yaxın qara dəlikdir.

BH3-ün yoldaş ulduzunun ölçülməsi zamanı onun qara dəliyi meydana gətirən ulduz partlayışından çıxan materialla çirklənməsinə dair heç bir əlamət tapılmayıb. Tapıntı qara dəliyin yoldaş ulduzunu özünün güclü cazibə sahəsində tələyə salmasından çox əvvəl yarandığını göstərir.

“Observatoire de Gaia”nın məlumatlarının növbəti tranşı ən tez 2025-ci ilin sonunda yayımlanmalıdır, lakin kəşfin əhəmiyyəti beynəlxalq komandanı astronomların dərhal öyrənə bilməsi üçün BH3-ün təfərrüatlarını erkən açıqlamasına səbəb olub. Paskal Panuzzo deyib: “Bu göy cismi ortaya çıxanda insanlar qara dəlikdən hər hansı emissiya olub-olmadığını görmək üçün onu müşahidə etməyə tələsəcəklər. Bu, bizə qara dəliyin orbitində fırlanan ulduzlardan gələn külək haqqında, həmçinin onun fizikası və maddənin ona necə düşməsi haqqında məlumat verəcək”.

 

Seçilən
95
8
Mənbələr
Şərh ()
Bağla