AZ

"O demək deyil ki, pulum var, ödəyirəm, işıq yansın" - Deputat

"Bu gün evdə işıq yanırsa, valideyn uşağına tərbiyə verməyi əməlində göstərməlidir. O demək deyil ki, pulum var, ödəyirəm, işıq yansın. Onu istehsal etmək üçün qazıntı materiallardan, yanacaqdan istifadə olunur, atmosferə tullantı buraxılır".

"Unikal" xəbər verir ki, Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov deyib.

Komitə sədri bildirib ki, biz övladımızı sağlam böyütmək, təmiz su vermək istəyirik: "Amma digər tərəfdən təmiz suyu özümüz çirkləndiririk. Dəyərləri həyat tərzimizə çevirməsək, ekoloji mədəniyyəti formalaşdıra bilməyəcəyik. Bunu formalaşdırmasaq, sağlam ailə dəyərinin mövcud fəlsəfəsindən uzaqlaşacayıq və dünyamız çətinlik qarşısında qalacaq. Ekoloji mədəniyyətin formalaşmasında əsas məsələlərdən biri ailə faktoru, təhsil ocaqalarıdır".

Anar Kəlbiyev

Seçilən
56
23
Mənbələr
Şərh ()
Bağla