AZ

İlham Əliyevdən yerli və əcnəbi tənqidçilərə siyasi mat...

O, sübut etdi ki, göründüyündən daha böyük, bilindiyindən daha dərindir...

 

Məlum olduğu kimi, Qarabağdakı Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesi başlayıb. Belə ki, sulhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisini tərk edib. Artıq monast ərazisi Azərbaycan polisi tərəfindən mühafizə edilməkdədir.

 

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi. Lakin o zaman Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi həm ölkəmizdə, həm də beynəlxalq aləmdə bəzi siyasətçilər tərəfindən tənqid edilmiş, bu olay ölkəmizin diplomatik uğursuzluğu kimi dəyərləndirilmişdi. Bəzi tənqidçilər iddia edirdi ki, Rusiya hərbçilərinin hansı ad altında olursa-olsun Azərbaycanda yerləşdirilməsi yolverilməzdir və bu, ölkəmiz üçün gələcəkdə hərbi-siyasi baxımdan problemlər yarada bilər. Hətta bir qədər də irəli gedərək Rusiya sülhməramlılarının ölkəmzidə yerləşdirilməsinin Azərbaycanın müstəqilliyi üçün təhdid təşkil etdiyini iddia edənlər də var idi. Onlar hesab edirdi ki, sülhməramlıların müvəqqəti gəlişi onların burada əbədi qalması ilə nəticələnəcək.

 

Lakin Rusiya sülhmərmalılarının ölkəmzidən çıxarılması prosesinin artıq başlaması bütün bu iddiaların əsassız olduğunu  sübut etdi. Əslində Prezident İlham Əliyev bununla bütün yerli və əcnəbi tənqidçilərə siyasi mat yaşatdı. O, bununla sübut etdi ki, göründüyündən daha böyük, bilindiyindən daha dərindir.

 

Sülhməramlıların Azərbaycanı tərk etməsi prosesinin başlanması göstərdi ki, İlham Əliyev həqiqətən də nəyi nə zaman və necə etmək lazım gəldiyini bilir. O, beynəlxalq siyasi münasibətlər sisteminə yön verməklə hadisə və proseslərin axarını Azərbaycanın maraqlarına uyğunlaşdırmağı bacarır. Onun siyasi strateq kimi ən mühüm keyfiyyətlərindən biri mənfi, arzuedilməz kimi görünən olayları belə nəticə etibarı ilə uğura çevirmək, bu prosesdən xalq və dövlət adına qazanclı çıxmaq bacarığıdır.

 

Çox güman ki, Rusiya sülhməramlılarının ölkəmizi tərk etməsindən sonra Prezident İlham Əliyevi tənqid etmək istəyənlər bir deyil, iki dəfə düşünmək məcburiyyətində qalacaq. Çünki zaman sübut etdi ki, hədəfi İlham Əliyev olan tənqiddə yanılmaq ehtimalı yüksəkdir və bundna sonra da yüksək olaraq qalacaq.

 

Seymur ƏLİYEV

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla