AZ

"Hakim hər şeyi məhv etdi" - Xavi

"Barselona"nın baş məşqçisi Xavi Ernandes Çempionlar Liqasının 1/4 finalının PSJ ilə cavab matçı haqda danışıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis hakim idarəçiliyindən narazılığını bildirib:

“Biz qəzəbliyik. Arauxonun hərəkəti qırmızı vərəqəlik deyildi. Mən belə düşünürəm. Meydanda 10 futbolçumuzun qalması bir fəlakət idi. Hakim hər şeyi məhv etdi. On nəfərlə oynamaq çox çətindir. Təəssüf ki, bütün mövsümdəki işimiz hakimin qərarı ilə başa çatdı.  Hakimlər haqqında danışmağı xoşlamıram, amma bunu deməliyik, susmaq olmaz. "Barselona" yenidən cəhd edəcək. Çempionlar Liqasında çox layiqli oyunlar keçirdik".

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla