AZ

Yol kənarlarında satılan ağartı məhsulları təhlükəlidirmi? - Mütəxəssis XƏBƏRDARLIQ ETDİ

Paytaxtın bir sıra bazarlarında, hətta küçələrdə və yol kənarlarında heç bir gigiyenik normaya əməl olunmadan satılan süd məhsulları görmək mümkündür. O məhsullardan biri də qatıqdır.

 

Bəs bu qatıqlardan istifadə sağlamlığa nə kimi ziyan verir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, qatıq vitaminlər və minerallarla zəngin qida növlərindən biridir.

 

“Qatıq probiotik maddələrlə zəngindir. Qatığı evdə hazırlamaq sağlamlıq cəhətdən daha yaxşıdır. Lakin buna imkan yoxdursa, marketlərdən almağa üstünlük vermək lazımdır. Amma marketlərdə satılanlarda lazımı qədər probiotik maddə yoxdur. Açıq halda küçələrdə satılan qatıqların istehsal şəraiti və tərkibi haqqında məlumatsızıq. Ağartı məhsullarının bu şəkildə satışı və istifadəsi sağlamlıq üçün təhlükəlidir. Məhz buna görə də market qatıqları küçədə, açıq halda satılan qatıqlardan faydalıdır".

 

Mütəxəssis qeyd edib ki, evdə qatıq hazırlayan zaman bəzi məqamlara diqqət etmək lazımdır.

 

“Tərkibinə su qatılan südlərdən yaxşı qatıq əldə etmək qeyri-mümkündür”.

 

Ülkər Abdurahmanlı

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla