AZ

Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirilib

Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirilib.
 
APA xəbər verir ki, rayon sakini Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları - həkim-feldşer, 1962-ci il təvəllüdlü Zöhrab Babacan oğlu Şikarova və təcili tibbi yardımın sürücüsü, 1990-cı il təvəllüdlü Elnur Xasıyevə xəsarət yetirib. Hər iki şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov  bildirib ki, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda araşdırmalar davam etdirilir.
Seçilən
35
11
Mənbələr
Şərh ()
Bağla