AZ

Ermənistanın Müdafiə Nazirliyinin keçmiş binası partladılıb

Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası hökumətin qərarı ilə partladılıb.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, nazirlik indiki binaya köçürüldükdən sonra burada evi olmayan ailələr məskunlaşıb.

2023-cü ildə binaya baxış keçirilib və onun qəzalı olması barədə rəy hazırlanıb. Daha sonra hökumət həmin il aprelin 15-də tikilinin sökülməsinə qərar verib.

Həmin qərar bu gün səhər saatlarında icra edilib.

Seçilən
156
6
Mənbələr
Şərh ()
Bağla