AZ

Qazaxıstan da Zəngəzur Dəhlizinin açılmasında maraqlıdır - Azər Qarayev

Bakı. Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəribir sıra cəhətləri ilə yadda qaldı. İlk növbədə vurğulamaq lazımdırki, Azərbaycan-Qazaxıstan münasibətləri öz dövrü üçün ən yüksəkinkişaf mərhələsindədir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Qazaxıstan Türkdilli DövlətlərTəşkilatının üzvü kimi aktiv siyasət aparan dövlətlərdənbiridir.

"Azərbaycan, Türkiyə və digər türkdilli ölkələr arasındamünasibətlər son dövrlər üçün ən yüksək inkişaf mərhələsindədir.Qazaxıstanla Azərbaycan arasındakı münasibətlər, iqtisadi, siyasi,sosial əlaqələr də yüksələn xətlə inkişaf edir.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəridə heç də təsadüfi xarakter daşımır. Qazaxıstan prezidentiPaşinyanla görüşü zamanı bir sıra önəmli məqamlara toxundu".

Politoloq qeyd edib ki, Tokayev və Paşinyan arasında müzakirəolunan məsələlərdən biri də Zəngəzur dəhlizi oldu.

"Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanüzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün maksimumçalışır. Zəngəzur dəhlizinin hələ də açılmaması məhz Ermənistanınöhdəliklərindən yayınmasına görədir.

Qazaxıstan da Zəngəzur Dəhlizinin açılmasında maraqlıdır. Beləki, Qazaxıstanın xüsusilə neft məhsullarının Avropaya ixracı üçünZəngəzur dəhlizi ən ideal vasitədir. Zəngəzur dəhlizi ilə həmdaşıma xərcləri bir xeyli miqdarda aşağı düşəcək, eyni zamanda,vaxt qısalacaq.

Tokayev Paşinyanla görüşü zamanı məhz bunları müzakirə edib.Eyni zamanda, Qazaxıstanın Ermənistanla ticarət dövriyyəsinin buyolla arta biləcəyi məsələləri də gündəlikdə olub".

A.Qarayev vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması təkQazaxıstana deyil, bütün region ölkələrinə, eyni zamanda, digər TDTdövlətlərinə faydalı olacaq:

"Bu dəhliz vasitəsilə ciddi gəlir əldə edə biləcək ölkələrdənbiri də məhz Ermənistan özü olacaq. Ermənistan bu yolla öziqtisadiyyatını inkişaf etdirə, gəlirlərini artıra bilər.Kimlərinsə yardımlarına bel bağlamaqdansa, onlardan asılıolmaqdansa, Ermənistan müstəqil siyasət qura bilər. Əlbəttə, buErmənistan siyasi hakimiyyətinin verəcəyi qərarlara görədəyişəcək.

Ötən dövr ərzində biz Ermənistan hakimiyyətindən müsbətsiqnallar görsək də, əməli addımlarda bunun şahidi olmuruq. Təbiiki, bu, Ermənistanın tək özündən asılı məsələ deyil. Bildiyimizkimi, Ermənistan alət kimi istifadə olunan dövlətdir və bir çoxhallarda öz maraqlarına yox, havadarlarının maraqlarına xidmətedir".

Politoloq onu da əlavə edib ki, səfər zamanı müzakirə olunanməsələlərdən biri də Fransanın uran ehtiyacı ilə bağlı olub.

"Fransa Mərkəzi Asiyadan, xüsusilə Qazaxıstandan uran ixracetmək istəyir, çünki digər ölkələrdən uran ixracında problemləryaşayır. Bunun üçün də məhz Zəngəzur dəhlizi önəmli rol oynayabilər. Fransanın Azərbacyanla münasibətləri normallaşmasa, bu başverməyəcək".

A.Qarayev qeyd edib ki, hadisələrin növbəti gedişatını indidənproqnozlaşdırmaq çətindir.

"Qeyri-stabil siyasət sərgiləmək Ermənistana xarakterikdir.Tokayevin Ermənistan səfərinin hansı nəticələr verəcəyini yaxıngələcəkdə görmək mümkün olacaq".

Seçilən
42
2
Mənbələr
Şərh ()
Bağla