AZ

Paşinyan Əskipara kəndinə gedib.

Paşinyan Əskipara kəndinə gedib.

İnterpress.az-ın erməni mediasına istinadən məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın anklav kəndi Əskiparaya səfər edib.

Paşinyan bu il ikinci dəfə Əskiparaya gəlir.

Kənd camaatı ilə əvvəlki görüş rahat keçməyib. İclasın mövzusu Tavuşda hazırda ermənilərin nəzarətində olan Azərbaycana məxsus 4 yaşayış məntəqəsinin Bakıya təhvil verilməsi olub.

Buna qarşı kənd sakinləri öz narazılıqlarını bildiriblər. Paşinyan onlara deyib ki, bu kəndlər təslim olunmalıdır, əks halda müharibə başlayacaq.

Nikol Paşinyan son mətbuat konfransında bu kəndlərin Ermənistana aid olmadığını etiraf edib.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla