«CBC Sport»un efirində maraqlı anlar yaşanıb.
Kanalın aparıcısı Nurlan Valehoğlu İtaliya A Seriyasından danışarkən, «Turan Tovuz»un adını çəkib.
O, «Turan»ın Turin derbisində «Yuventus»la üz-üzə gələcəyini bildirib. Valehoğlunun bu xoş yanlışını həmkarı Süleyman Əhmədov düzəldib.
Aparıcı xətasını gülə-gülə qarşılayıb. Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb, ona xeyli şərh gəlib.
SPORTİNFO.AZ