AZ

Putin:”Dünyada yeni epidemiya riski yüksəkdir”

“Dünyada yeni epidemiyaların yaranması riski yüksəkdir və Afrika qitəsi bu çağırışlara qarşı xüsusilə həssasdır”.

Editor.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. “Dünyada yeni epidemiyaların yaranması və artıq məlum olan təhlükəli xəstəliklərin yayılması riski kifayət qədər yüksəkdir. Afrika qitəsi bu çağırışlara qarşı xüsusilə həssasdır və əhalini müxtəlif infeksiyalardan qorumaq üçün tibbi, texnoloji və elmi potensialın genişləndirilməsi sürətləndirilməlidir”,- deyə Rusiya Prezidenti bildirib.

Onun sözlərinə görə, Rusiya səhiyyə sektorunun bu mühüm sahəsində fəal əməkdaşlığa hazırdır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla