AZ

Son üç ayda pensiya ödənişlərinə 1 milyard 613 milyon manat yönəldilib

Son

Bakı, 17 aprel, AZƏRTAC

Bu ilin yanvar-mart aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (198 milyon manat) çox olmaqla 1 milyard 613 milyon manat vəsait yönəldilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, pensiya artımı istiqamətində növbəti addım kimi, 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.

Son üç ayda 11,9 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 114 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Seçilən
44
7
Mənbələr
Şərh ()
Bağla