AZ

Futbolçu ondan formasını almaq istəyən azarkeşdən 50 avro istədi

İspaniya üçüncü divizionunda çıxış edən “Malaga” klubunun yarımmüdafiəçisi Dani Lorenzo turnirin 32-ci turunda “Atletico B” ilə oyundan (0:1) sonra formasını almaq istəyən azarkeşdən 50 avro istəyib.

Yenicag.az xəbər verir ki, bu barədə Malaqanın “Diario Sur” nəşri məlumat yayıb.

Bildirilir ki, oyundan sonra Lorenzo azarkeşlərə öz təşəkkürünü bildirmək üçün əvvəlcə tribunaya yaxınlaşıb və onlarla xatirə şəkli çəkdirib. Daha sonra o, formanı 50 avroya satıb.

“İnsanlar anlamalıdır ki, biz üçüncü divizionda oynayırıq, milyoner deyilik və hədiyyə edə biləcəyimiz məhdud sayda formalarımız var. Mənim üçün müəyyən edilmiş həddi artıq keçmişəm. Bu səbəbdən də azarkeşlərə verdiyimiz hər əlavə formaya görə klub bizdən pul alır. Bunu tribunada olan azarkeşə dedim, sonra o, mənə 50 avro verdi”, – deyə futbolçu bildirib.

Xatırladaq ki, 2018-ci ildə İspaniya “La Liga”sının ikinci divizionuna düşən komanda ötən il bir pillə də geriləyərək üçüncü liqada mübarizə aparmağa başlayıb. Hazırda klub maliyyə problemləri yaşamaqdadır.

Rafi Müslümov

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla