AZ

"Ukraynanın Rusiyanın hucumunun qarşısını almaq şansı azdır" - “Politico”

Bu yay Rusiya Silahlı Qüvvələrinin gözlənilən hücumu baş tutsa Ukrayna ordusunun onun qarşısını almaq şansı az olacaq.

Azpost.info bildirir ki, bu barədə “Politico” nəşri Ukrayna Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri arasında olan mənbələrinə istinadən yazıb.

Nəşrin həmsöhbətlərinin fikrincə, xeyli sayda üstünlüyə malik olan rus qoşunlarının hücumu Ukraynanın müdafiə xəttini iflasa uğratmaq təhlükəsi yaradır.

Ukrayna hərbçiləri kəskin sursatın çatışmazlığı, orduda mənəvi-ruhiyyənin aşınması səbəbindən ölkənin müqavimətinin zəifləməsindən ehtiyat edir. Eyni zamanda, Qərbdən hərbi yardım gecikir.

Nəşr həmçinin Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərə böyük ehtiyacından bəhs edir. Qeyd olunur ki, Ukraynada səfərbərlikdən yayınanların sayı artır.

Nəşr qeyd edir ki, vəziyyət yaxın gələcəkdə dəyişməsə, Ukrayna indiki vəziyyəti qala bilər.

Azpost.info

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla