AZ

"Daha deyəcək bir şey yoxdur"- Simeone

style='margin-bottom:10px;'>

“Komanda hər şeyin istədiyimiz kimi getmədiyi matçda sona qədər qalib gəlməyə çalışdı. “Borussiya” hesabı bərabərləşdirməyimizə yaxşı reaksiya verdi və onlar cərimə meydanında daha güclü olduqları üçün qələbə qazandılar".

QOL.az xəbər verir ki, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/4 final mərhələsində "Borussiya"ya (Dortmund) 2:4 hesabı ilə uduzduqları cavab matçından sonra deyib

"Başlanğıcda rəqibin qol epizodu var idi, bundan istifadə etdilər.  Hesab 2:2 olduqdan sonra onların hücumları qolla yekunlaşdı. Oyunçular rəqabət aparmaq üçün çox çalışdılar və biz də əlimizdən gələni etdik. Daha deyəcək bir şey yoxdur" - deyə o bildirib.

Mütəxəssis "Borussiya"nın onlardan üstün olduğunu vurğulayıb: "Komanda səni məğlub edəndə onları təbrik etmək lazımdır”.

Seçilən
80
1
Mənbələr
Şərh ()
Bağla