AZ

Ağsuda ŞOK: atası ölən oğlan həkimi döydü

Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirilib.

Lent.az xəbər verir ki, rayon sakini Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları – həkim-feldşer, 62 yaşlı Şikarov Zöhrab Babacan oğluna və təcili tibbi yardımın sürücüsü, 34 yaşlı Elnur Xasıyevə xəsarət yetirib. Hər iki şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Əldə etdiyimiz məlumata görə, S. Hüseynov atası üçün təcili tibbi yardıma müraciət edib. Lakin onlar gələnədək xəstə ölüb. Nəticədə əsəblərinə hakim ola bilməyən şəxs həkim və sürücüyə hücum edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Lent.az-a bildirib ki, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda araşdırmalar davam etdirilir.

Seçilən
86
11
Mənbələr
Şərh ()
Bağla